"Erməni hərbçilərinin vaxt itirmədən silahı yerə qoyması və təslim olması məsləhətdir" - Müdafiə Nazirliyi

19:30 24.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Ötən müddət ərzində Cəbrayıl, Füzuli, Ağdərə, Hadrut, Qubadlı istiqamətlərində döyüşlər davam edib”.

Hafta.az-ın məlumatına görə, bunu Azərbaycan Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, Azərbaycan Ordusu əməliyyat planına uyğun olaraq əks-hücum addımlarını davam etdirir:

“Hazırda bütün cəbhəboyu döyüşlər davam edir. Azərbaycan əsgərlərinə qarşı döyüşən erməni hərbçilərinin vaxt itirmədən silahı yerə qoyması və təslim olması məsləhətdir. Qələbə bizimlədir!”.